Xəzər Xəbər

Bakı-Pirşağı-Bakı dəmiryolu istiqamətində qatarların hərəkəti DAYANDIRILDI

Cəmiyyət | 19:21 • 17 Dekabr 2023
Bakı-Pirşağı-Bakı dəmiryolu istiqamətində qatarların hərəkəti

“Azərişıq” ASC-yə məxsus 6 kV-luq hava xəttinin qırılaraq dəmiryolu xəttini qidalandıran elektrik kabelinin üzərinə düşməsi səbəbindən Bakı-Pirşağı-Bakı dəmiryolu istiqamətində qatarların hərəkəti dayandırılıb.

ADY-nin mətbuat xidmətindən faktı təsdiq ediblər.

Bildirilib ki, qeyd edilən hadisə Pirşağı-Zabrat mənzilində baş verib. Bu səbəbdən də qəzanın nəticələri aradan qaldırılanadək həmin istiqamətdə qatarların hərəkəti dayanıb.

Eyni zamanda, Sumqayıt stansiyasından 18:12-də çıxmalı qatar hadisə ilə bağlı olaraq 20 dəqiqəlik gecikmə ilə Sumqayıt-Xırdalan-Bakı istiqamətinə ötürülüb.

Xəbər lenti

Çox oxunanlar