Xəzər Xəbər

Şaxtalı günlər BAŞLAYIR... -5 dərəcə XƏBƏRDARLIQ

Cəmiyyət | 15:44 • 15 Dekabr 2023
Şaxtalı günlər BAŞLAYIR... -5 dərəcə

Sabah külək əsəcək, dağlarda 5 dərəcə şaxta olacaq.

Xezerxeber.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Xəbər lenti