Xəzər Xəbər

Emin Əmrullayev: 32 min müəllimin əməkhaqqına əlavələr edilib

Cəmiyyət | 11:26 • 15 Dekabr 2023
Emin Əmrullayev: 32 min müəllimin əməkhaqqına əlavələr edilib

Ümumilikdə 137 min müəllimin 2026-cı ilə qədər sertifikatlaşdırma prosesindən keçirilməsi planlaşdırılır.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, 40 min müəllim (29 faiz) sertifikatlaşdırma prosesinə cəlb olunub. 32 min müəllimin əməkhaqqına əlavələr edilib. 24 min müəllimin əməkhaqqına 10 faiz, 8 min müəllimin maaşına 35 faiz əlavələr edilib. Nazir qeyd edib ki, 28 min müəllim 500 manata qədər, 59 min müəllim 500-100 manat, 34 min müəllim 1000-1500 manat, 7 min müəllim 1500-2000 manat, 950 müəllim 2000 manatdan yuxarı əməkhaqqı alır.

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti