Xəzər Xəbər

Azərbaycanda aylıq 60 min manat maaş alan həkim var?

Zaur Əliyev suala cavab verib
Cəmiyyət | 13:45 • 14 Dekabr 2023
Azərbaycanda aylıq 60 min manat maaş alan həkim var?

“Dövlət xəstəxanalarında çalışan həkimlər 1000 manatdan az maaş almamalıdır”.

Xezerxeber.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında deyib.

O vurğulayıb ki, hazırda terapevtlər əlavə bonuslarla birgə orta hesabla 1600 manata yaxın maaş alır. “Cərrah və oftalmoloqlarda bu məbləğ bir az çoxdur. Bu digər ölkələrlə müqayisədə bir az aşağıdır. Xidmətlər zərfində bir çox qiymətlər artıb. Qurum tərəfindən xəstəxanalara xidmətlər çərçivəsində ödənən məbləğlər həmin əməliyyatları icra edən həkim-cərraha bonus olaraq yazılır. Cərrahlar, təbii ki, nisbətən daha çox məvacib alır. Bu da onların icra etdiyi bahalı əməliyyatların qiymətlərinə görə dəyişir".

Sosial şəbəkələrdə həkimlərin 60 min manat maaş aldığı iddialara cavab verən Z.Əliyev bildirib ki, bu bəzi yüksək ixtisaslı cərrahlara şamil edilə bilər: "Çox az sayda cərrahlar var ki, icra etdiyi bahalı əməliyyatların bonusları, vahid tarif cədvəli və aylıq sabit əlavələrlə birlikdə bu məbləği ala bilməsini mümkün edir".

Xəbər lenti

Çox oxunanlar