Xəzər Xəbər

Sümük iliyi transplantasiyası əməliyyatının icra ediləcəyi dövlət tibb müəssisələrinin sayı artacaq

Cəmiyyət | 12:42 • 14 Dekabr 2023
Sümük iliyi transplantasiyası əməliyyatının icra ediləcəyi dövlət tibb müəssisələrinin sayı artacaq

“İnstrumental müayinələrin aparılması, mürəkkəb cərrahi prosedurların icrası üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2022-2023-cü illər ərzində 54 milyon manatdan çox məbləğdə avadanlıq alınıb”.

Xezerxeber.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında deyib.

O qeyd edib ki, icbari tibbi sığortadan əvvəl 45 milyon manat, icbari tibbi sığortadan sonra 2023-cü ilin 11 ayı ərzində 120 milyon manatdan çox məbləğdə dərman və tibbi avadanlıq alınıb.

Müasir tibbi avadanlıqların sayının artmasına göstərilən dəstək vətəndaşların sağlamlığının qorunmasına, vaxtında müayinə və müalicəyə cəlb edilməsinə yönəlib.

Vətəndaşların icbari tibbi sığorta çərçivəsində yaşadıqları yer üzrə fəaliyyət göstərən dövlət tibb müəssisəsində tibbi xidmət almalarına imkan yaradır.

Avadanlıqlar müayinə zamanı yüksək keyfiyyətli görüntü əldə etməyə, xəstəliklərin dəqiq diaqnozunun təyininə, vaxtında aşkarlanmasına imkan verir. Alınan yeni avadanlıqlar əvəllər icrası mümkün olmayan xidmətləri dövlət tibb müəssisələrində mümkün edəcək. Qapalı və açıq cərrahi əməliyyatların icrasını asanlaşdıracaq. Sümük iliyi transplantasiyası əməliyyatının icra ediləcəyi dövlət tibb müəssisələrinin sayı artacaq.

Xəbər lenti

Çox oxunanlar