Xəzər Xəbər

Türkiyədə dollar rekord həddə bahalaşıb

Cəmiyyət | 12:15 • 14 Dekabr 2023
Türkiyədə dollar rekord həddə bahalaşıb

Türkiyə lirəsi (TL) dollar qarşısında tarixi minimumunu yeniləyib.

Xezerxeber.az-ın məlumatına görə, dekabrın 14-də birjalarda dollar/TL məzənnəsi rekordunu yeniləyib, 29,05 səviyyəsinə qədər yüksəlib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,2% dəyər itirib. Son altı ayda isə Türkiyədə dollar lirə qarşısında 23%-dən çox bahalaşıb. 

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 29.00 TL, satış üzrə 29.05 TL müəyyən edib.

Xəbər lenti