Xəzər Xəbər

Sumqayıt-Bakı qatarında gecikmə qeydə alınıb

Cəmiyyət | 09:22 • 13 Dekabr 2023
Sumqayıt-Bakı qatarında gecikmə qeydə alınıb

Bu gün saat 07:50-də Sumqayıtdan Bakıya hərəkət edən sürətli sərnişin qatarında bir neçə dəqiqə gecikmə qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Azəbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, buna səbəb Pirşağı dəmir yolu stansiyasının yaxınlığında işarə vermə və rabitə xidmətində nasazlıq yaranmasıdır. Nəticədə işıqforlar qırmızı yanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, onlar qrafikə uyğun hərəkət edir.

 

Xəbər lenti

Çox oxunanlar