Xəzər Xəbər

Bəzi yerlərdə yağış, qar yağıb

Cəmiyyət | 16:39 • 12 Dekabr 2023
Bəzi yerlərdə yağış, qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 12-si saat 16:00-a olan məlumatına əsasən, Gəncə, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Bakıda və Abşeron yarımadasında arabir yağış, Şahdağ (Qusar), Sarıbaşa (Qax) qar yağıb.

Xidmətdən Xezerxeber.az-a verilən məlumata görə, Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, Şamaxı, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8°-dək, Naxçıvan Muxtar Respublikasında 10-14° isti, Aran rayonlarında 6-8°, dağlıq rayonlarda 2-4° isti olub.

Xəbər lenti