Xəzər Xəbər

Türkiyə MN: "Heydər Əliyevin "bir millət, iki dövlət" vədini miras kimi nəsildən-nəslə ötürəcəyik"

Cəmiyyət | 12:47 • 12 Dekabr 2023
Türkiyə MN: "Heydər Əliyevin "bir millət, iki dövlət" vədini miras kimi nəsildən-nəslə ötürəcəyik"

Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı paylaşım edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında qeyd edilib.

"Azərbaycanın Ümummilli Lideri mərhum Heydər Əliyevi vəfatının 20-ci ildönümündə rəhmət və ehtiramla yad edirik.

Mərhum Əliyev deyirdi ki, biz bir millət, iki dövlətik. Biz onun vədini miras kimi nəsildən-nəslə ötürəcək, Azərbaycan türkü qardaşlarımızla hər zaman bir və bərabər olmağa davam edəcəyik", - paylaşımda vurğulanıb.

Xəbər lenti

Çox oxunanlar