Gələn il Qurban Bayramı ilə əlaqədar 3 gün iş olmayacaq.
Xezerxeber.az xəbər verir ki, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, yunun 16, 17-si Qurban bayramı müəyyən edilib.
Gələn il 16 iyun bazar gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, bayram günü istirahət gününə təsadüf etdiyi üçün növbəti iş günü – 18 iyun qeyri-iş günü olacaq.
Beləliklə, 2024-cü ildə 16, 17, 18 iyun qeyri-iş günü olacaq.