Elm və Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri edilib.
Nazirlikdən Xezerxeber.az-a bildirilib ki, dəyişikliyə əsasən Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması, Məktəbdənkənar fəaliyyətin təşkili və Təhsilin inkişafı proqramları şöbələri ləğv edilib.