Xəzər Xəbər

Qərbi Azərbaycan İcması Tomas de Vaala cavab verib

Cəmiyyət | 13:15 • 6 Dekabr 2023
Qərbi Azərbaycan İcması Tomas de Vaala cavab verib

"Tomas de Vaal adlı “ekspert” son vaxtlar Azərbaycan əleyhinə hədyanlar danışır. Azərbaycanın işğala, separatizmə, “boz zona”ya son qoyması, öz suverenliyinivə ərazi bütövlüyünü bərpa etməsi Tomas de Vaal kimilərini məyus edib".

Bu Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.

“Məlum olub ki, o, səlibçi mentaliteti ilə yaşayırmış və Azərbaycan torpaqlarının işğal altında qalması onun üçün tamamilə məqbul imiş. Tomas de Vaal başa düşməlidir ki, Qarabağ münaqişəsi artıq həll olunub və onun kimi başabəla ekspertlərin bu sahədə məşğul olacağı bir iş yoxdur. Heç kimə Tomas de Vaalın “dahiyanə” fikirləri, ideyaları lazım deyil. Tomas de Vaal ATƏT-in Minsk Qrupu kimi artıq keçmişdir”, - açıqlamada deyilir.

Xəbər lenti