Xəzər Xəbər

Bu ərazidə yol nişanı tərsinədir FOTO

Yol nişanı bir müddətdir ki, bu vəziyyətdədir
Cəmiyyət | 16:21 • 4 Dekabr 2023
Bu ərazidə yol nişanı tərsinədir

Xətai rayonu, NZS qəsəbəsində yerləşən 194 saylı məktəbin qarşısındakı yolun kənarına quraşdırılmış nişan naməlum səbəbdən tərsinə çevrilib.

Xezerxeber.az-ın məlumatına görə, sözügedən məktəbin şagirdləri və bəzi valideynlər piyada keçidini əks etdirən yol nişanının bir müddətdir ki, bu vəziyyətdə olduğunu deyiblər. Buna baxmayaraq, cavabdeh qurumlar hələ də nişanın düzgün quraşdırılmasını təmin etməyiblər. Onlar yol nişanının niyə bu vəziyyətə düşdüyündən isə xəbərsiz olduqlarını bildiriblər. 

Yeri gəlmişkən, həmin ərazidəki piyada zolağı da görünməz vəziyyətə düşüb. Bəzi valideynlər və şagirdlər piyada zolağının tez-tez belə vəziyyətə düşdüyünü deyirlər.

Onlar ümid etdiklərini bildiriblər ki, müvafiq qurumlar tezliklə yol nişanının düzgün quraşdırılmasını və piyada zolağının rənglənməsini təmin edəcəklər. 

Xəbər lenti