Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar açıqlanıb.
Xezerxeber.az-ın məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib ki, ali məktəbdə 1000 tələbənin təhsil alması planlaşdırılır.
O bildirib ki, professor və müəllim heyətinin intensiv modullar əsasında Xankəndinə səfəri və onlayn qaydada tədrisin təşkili nəzərdə tutulur:
"30-40 akademik heyətin orada daimi yerləşməsi planı da var. İlkin mərhələdə müəllimlərin bir qismi yaxın ərazidə yaşayacaqlar".