Xəzər Xəbər

Nazir müavini: Hazırda 5 mindən çox şəxs elektron qolbaq daşıyır

Cəmiyyət | 15:30 • 30 Noyabr 2023
Nazir müavini: Hazırda 5 mindən çox şəxs elektron qolbaq daşıyır

Hər bir ölkənin sivil inkişafı və güclü dövlətə çevrilməsi, demokratik dəyərlərə sadiqliyi, ilk növbədə, onun insan hüquqlarına və azadlıqlarına münasibəti ilə müəyyənləşdirilir. Azərbaycanda da demokratiya, insan hüquqları, qanunun aliliyi məsələləri daim diqqət mərkəzində olub. Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mərkəzində vətəndaş dayanır.

Xezerxeber.az xəbər verir ki, bunu "Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən konfransın panel müzakirəsində ədliyyə nazirinin müavini Vilayət Zahirov söyləyib.

O deyib: "Ulu Öndərin humanizm siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam və inkişaf etdirilərək, ötən dövrdə qəbul olunan 37 əfv və 5 amnistiya aktları ilə on minlərlə məhkumun azadlığa buraxılması, bu il Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə 800-dən çox şəxsi əhatə edən və müstəqillik dövrümüzün ən böyük əfv aktının imzalanması insan hüquq və azadlıqlarının təmin olunmasının əyani təzahürü olub.

Vilayət Zahirov əlavə edib ki, insan hüquqlarının təminatında mühüm əhəmiyyət kəsb edən cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı görülən tədbirlər məhkumların azadlıqdan məhrum edilmədən elektron nəzarət vasitələri tətbiq olunmaqla islahına xidmət edib. Hazırda 5 mindən çox şəxs elektron qolbaq daşıyır və onlara nazirliyin Probasiya Xidməti tərəfindən fasiləsiz nəzarət həyata keçirilir.

Xəbər lenti

Çox oxunanlar