Bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4,5 gücündə qeydə alınan zəlzələdən sonra “AzərEnerji” ASC-nin mütəxəssisləri tərəfindən bu şəhərdə yerləşən istilik elektrik stansiyası, su elektrik stansiyası və yarımstansiyalara baxış keçirilib.
Xezerxeber.az bildirir ki, bu barədə “AzərEnerji” ASC məlumat yayıb.
Bildirilib ki, bu ərazilərdə heç bir problem qeydə alınmayıb.