Xəzər Xəbər

Kürdəmirdə qızılcaya yoluxan şagirdlərlə bağlı SON VƏZİYYƏT

Cəmiyyət | 13:03 • 27 Noyabr 2023
Kürdəmirdə qızılcaya yoluxan şagirdlərlə bağlı

Kürdəmir rayon 1 saylı tam orta məktəbin şagirdləri 9 nəfər olmaqla müxtəlif tarixlərdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlardan 5-i qızı, 4-ü oğlan olub. Pasiyentlərə hazırda zəruri tibbi xidmət göstərilir, stasionar şəraitdə müalicələri davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, “Qızılca” xəstəliyi ilə bağlı yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb. 9 nəfər şagird hazırda xəstəxanada stasionar şəraitdə müalicə alır, digər yoluxan şagirdlərin isə ambulator (ev şəraitində) müalicələri davam etdirilir və şagirdlərin vəziyyətinin stabil olduğu qiymətləndirilir. Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən hazırda aidiyyəti olaraq ümumi təhsil müəssisələrinə sözügedən məsələ ilə bağlı müvafiq tapşırıqlar verilmiş, xəstəliyin simptomları aşkar olunan şagirdlərin dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi və eyni zamanda “Qızılca” virusu xəstəliyi əleyhinə peyvənd olunmaları tövsiyə olunub. (trend)

Xəbər lenti

Çox oxunanlar