Xəzər Xəbər

Bakı Metropoliteni sərnişinlərin TƏCİLİ düşürülməsinin səbəbini AÇIQLADI

Cəmiyyət | 12:05 • 27 Noyabr 2023
Bakı Metropoliteni sərnişinlərin TƏCİLİ düşürülməsinin səbəbini

Vaqonlarda yaranan nasazlıqların əksəriyyəti qapılarla bağlı olur.

Bunu Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, sıxlıq nəticəsində qapıların tutulub saxlanılması bir sıra problemlərə səbəb olur: “Lakin bu, o demək deyil ki, "Bakı Metropoliteni" QSC tərəfindən qapılara texniki baxış keçirilmir. Əksinə, "Bakı Metropoliteni"də normativ tələblərə uyğun olaraq bütün qatarlar depo şəraitində baxış və qulluğa cəlb olunur. Qatarlara texniki xidmətin göstərilməsi ilə bağlı "Bakı Metropoliteni"nin normativləri mövcuddur. Qeyd edim ki, hərəkətə başlamazdan öncə, depodan çıxarkən də qatarın maşinisti hərəkət tərkibinə mütləq qaydada texniki baxış keçirir, onun saz vəziyyətdə olmasını xüsusi qiymətləndirir. Yalnız bundan sonra qatar xəttə çıxır”.

Bəxtiyar Məmmədov bildirir ki, xətlərdə hansısa nasazlıq aşkarlandıqda qatarın ən yaxın olduğu dayanma nöqtəsinə məlumat verilir: “Qatara baxış keçirildikdə hansısa nasazlıq müəyyən olunarsa, onun depoya göndərilməsi ilə bağlı xüsusi qərar verilir. Bu addım da sərnişin sıxlığı və hərəkət intervalına təsir göstərməyəcək şərtlərlə həyata keçirilir”. (apa-economics)

Xəbər lenti

Kahramanmaraşda zəlzələ olub
16:31 • 19 Oktyabr 2024