Xəzər Xəbər

Məktəblərdə qızılcaya qarşı hansı tədbirlərin görüləcəyi AÇIQLANDI

Cəmiyyət | 17:30 • 24 Noyabr 2023
Məktəblərdə qızılcaya qarşı hansı tədbirlərin görüləcəyi

Qızılcayla bağlı sahə həkimləri tərəfindən təhsil müəssisələrində müvafiq izahat işləri aparılır.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qızılcaya qarşı bir qayda olaraq uşaqlar qeydiyyatda olduqları poliklinika tərəfindən peyvənd olunurlar.

"Hər hansı ümumi təhsil müəssisəsində qızılcanın simptomları müşahidə edilərsə, dərhal yerli poliklinikalara məktəb rəhbərliyi tərəfindən məlumat verilir. Qızılcaya yoluxmuş şagird və ya şagirdlər oxuduqları siniflərdən virusun inkubasiya dövründə (10-14 gün) kənarlaşdırılırlar. Bununla bağlı sahə həkimləri tərəfindən təhsil müəssisələrində müvafiq izahat işləri aparılır", - deyə bildirilib. (trend)

Xəbər lenti