Xəzər Xəbər

Qəza törədib hadisə yerindən qaçmış sürücü saxlanılıb

Cəmiyyət | 13:30 • 24 Noyabr 2023
Qəza törədib hadisə yerindən qaçmış sürücü saxlanılıb

Bakı-Sumqayıt yolunda qəza törədib hadisə yerindən qaçmış daha bir sürücü aşkarlanaraq saxlanılıb.

Bu barədə Xezerxeber.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Belə ki, “Opel” markalı 99-GC-845 nömrə nişanlı avtomobili vuraraq hadisə yerindən yayınan sürücünün aşkarlanaraq məsuliyyətə cəlb edilməsi barədə 44 günlük Vətən müharibəsi iştirakçısı Vəfadar İsmayılov tərəfindən 050-8000-902 whatsapp nömrəsinə daxil olmuş müraciət əsasında Baş Dövlət Yol Polisi İdarəsinin Avtonəqliyyat vasitələrinin axtarışı şöbəsində araşdırma başlanılıb.

Araşdırma zaman hadisəni 1995-ci il təvəllüdlü Abbaszadə Röyal Qalib oğlunun “Ravon” markalı 99-DX-976 nömrə nişanlı avtomobillə törətdiyi aşkarlanıb.

Həyata keçirilən tədbirlər nəticəsində Röyal Abbaszadə müəyyənləşdirilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.

Xəbər lenti