Xəzər Xəbər

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət | 12:44 • 24 Noyabr 2023
Sabahın hava proqnozu açıqlanıb

Noyabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. 

Havanın temperaturu gecə 8-11° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.

Xəbər lenti