Xəzər Xəbər

Aviabiletlər ucuzlaşdı

Cəmiyyət | 09:52 • 24 Noyabr 2023
Aviabiletlər ucuzlaşdı

Səyahətləri vətəndaşlar üçün daha əlçatan etmək məqsədilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL noyabrın 24-də endirimli qiymətlərlə aviabiletlərin satışına başlayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, biletlərin qiyməti istiqamətdən asılı olaraq 39 avrodan 199 avroya qədər dəyişir. Kampaniya çərçivəsində AZAL müştəriləri ümumilikdə 35-dən çox istiqamət üzrə endirimli qiymətə bilet əldə edə bilərlər.

"AZAL-ın bu təklifi 24 noyabr cümə günü ərzində keçərlidir. Güzəştli qiymətə biletlər 2024-cü il yanvarın 15-dən martın 6-dək (hər iki tarix daxil) həyata keçirilən uçuşlara şamildir. Kampaniya çərçivəsində aviabiletləri yalnız AZAL-ın yenilənmiş rəsmi mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Tətbiqi yükləmək üçün https://bit.ly/azal-app linkinə keçid etmək kifayətdir.

Kampaniya aviaşirkətin əksər beynəlxalq reyslərini əhatə edir. Nəzərə almaq lazımdır ki, endirimli biletlərin sayı məhduddur.

AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!", - AZAL-ın məlumatında qeyd olunur.

Xəbər lenti

Çox oxunanlar