Xəzər Xəbər

TƏBİB-dən Bərdədə baş verən hadisə ilə bağlı AÇIQLAMA

Cəmiyyət | 14:33 • 23 Noyabr 2023
TƏBİB-dən Bərdədə baş verən hadisə ilə bağlı

Bərdədə baş verən uçqunda ölən və yaralıların sayı açıqlanıb.

Xezerxeber.az TƏBİB-ə sitinadən məlumat verir ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.

"1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.

Əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən yas mərasimində bədbəxt hadisə baş verib. Yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsində olan otaqlardan birində toplaşıblar. Qəflətən döşəmə çöküb.

Xəbər lenti