Xəzər Xəbər

“Dərmanlara çox meyilli olmaq lazım deyil"

Cəmiyyət | 15:43 • 22 Noyabr 2023
“Dərmanlara çox meyilli olmaq lazım deyil"

Özbaşına antibiotik istifadəsi xəstəliyi ağırlaşdıra bilər.

Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti terapevt Zakir Quliyev deyib. 

O deyib ki, həkim məsləhəti olmadan dərman qəbul edilməsi yolverilməzdir: “Dərmanlara çox meyilli olmaq lazım deyil. Heç bir dərman “məsum” deyil. Antibiotiklərin bəziləri acqarına, bəziləri yeməkdən sonra qəbul edilir. Antibiotiklər hər gün eyni saatda qəbul edilməlidir. Eyni zamanda da antibiotiklərin neçə gün qəbul edilməsi həkim göstərişi ilə olmalıdır”, - deyə o əlavə edib.

Ağrıkəsicilərin qəbulu barədə danışan həkim bildirib ki, mədə qanaması, böyrək və qaraciyər çatışmazlığında nəzarətsiz qəbul edilən ağrıkəsicilərin rolu var: “Bəzi hallarda ağrıkəsici qəbul etmək olar, lakin bunun davamlı olması yolverilməzdir”.

 

Xəbər lenti

Çox oxunanlar