Xəzər Xəbər

Orta məktəblərdə şagirdlərin sağlamlığının yoxlanılmasına BAŞLANDI

Cəmiyyət | 12:07 • 17 Noyabr 2023
Orta məktəblərdə şagirdlərin sağlamlığının yoxlanılmasına

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələri tərəfindən uşaqların icbari dispanserizasiyası davam etdirilir.

Bakı Baş Səhiyyə Mərkəzindən verilən məlumata görə, növbəti tədbir Mərkəzin strukturuna daxil olan 2 nömrəli Uşaq Poliklinikasının tibb heyəti tərəfindən paytaxtın Nizami rayonunda fəaliyyət göstərən 201 saylı tam orta məktəbdə baş tutub.

Poliklinikanın tibb heyəti uşaqların icbari dispanserizasiyasının tələblərinə uyğun olaraq şagirdlərin ilkin müayinəsini həyata keçirib.

Tədbirdə LOR, pediator, oftalmoloq, stomatoloq, cərrah, həkim-nevropatoloq və s. həkimlər iştirak edib. Müayinələr zamanı otorinolarinqoloq (LOR) 16 şagirddə burun çəpərinin əyriliyi, burun qanaxması, həkim-cərrah 22 şagirddə skolioz, qamətin əyilməsi, dolixosiqma (yoğun bağırsağın siqmavari hissəsinin anormal uzun olması) və yastıpəncəlik, həkim-pediatr bir neçə uşaqda vitamin çatışmazlığı və piylənmə aşkarlayıb. Habelə həkim-nevropatoloqun müayinəsi zamanı 2, həkim-stomatoloqun müayinəsi zamanı isə 45 şagirddə müxtəlif xəstəliklərin ilkin diaqnozu qoyulub.

Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlaması tövsiyə olunub. (trend)

Xəbər lenti

Çox oxunanlar