Xəzər Xəbər

Bakıda mənzillərə istilik verilməsinə BAŞLANILIR

Cəmiyyət | 09:15 • 17 Noyabr 2023
Bakıda mənzillərə istilik verilməsinə

Bu gündən Bakıda istilik təchizatına başlanılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC məlumat yayıb.

Qeyd edilib ki, Bakı şəhərində və digər rayonlarda isə payız-qış mövsümü cari ilin noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir:

"Cari mövsümdə “Azəristiliktəchizat” ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında balansında olan 561 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3863 yaşayış binasının, 184,0 minə yaxın mənzilin, 285 orta məktəbin, 127 uşaq bağçasının, 151 səhiyyə müəssisəsinin və 2500-ə yaxın sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.

2023-2024-cü illər payız-qış mövsümünə hazırlıq işləri yekunlaşdırılıb və mövsümə vaxtında başlanması, istehlakçıların dayanıqlı və keyfiyyətli istilik enerjisi ilə təchiz edilməsi üçün nəzərdə tutulan bütün tədbirlərin vaxtında icra edilməsi təmin edilib".

Xəbər lenti