Xəzər Xəbər

Laçında məskunlaşan daha 10 ailəyə evlərin açarları TƏQDİM OLUNDU

Cəmiyyət | 16:30 • 14 Noyabr 2023
Laçında məskunlaşan daha 10 ailəyə evlərin açarları

Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 14-də növbəti köç karvanı ilə Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.

Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələrinin iştirakı ilə açarların təqdim edilməsi mərasimi olub.

Ailələr evlərinin açarlarını sevinc hissi ilə təhvil alıblar. (azertag)

Xəbər lenti

Çox oxunanlar