Xəzər Xəbər

Binəqədi və Abşeronun bir hissəsinin Sumqayıt verilməsi Qanunu təsdiqlənib

Cəmiyyət | 14:55 • 11 Noyabr 2023
Binəqədi və Abşeronun bir hissəsinin Sumqayıt verilməsi Qanunu təsdiqlənib

Prezident İlham Əliyev Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Xezerxeber.az xəbər verir ki, Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq dəyişikliyə görə, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilib. 

Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilib.

Xəbər lenti

Çox oxunanlar