Xəzər Xəbər

Vətəndaşlar 11 tüfəng və 3 avtomatı könüllü təhvil veriblər

Cəmiyyət | 13:26 • 11 Noyabr 2023
Vətəndaşlar 11 tüfəng və 3 avtomatı könüllü təhvil veriblər

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, noyabrın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 2 patron darağı, 33 ədəd müxtəlif çaplı patron və 11 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə 4 ov tüfəngi aşkar edilərək götürülüb.

Xəbər lenti

Çox oxunanlar