Xəzər Xəbər

Azərbaycanın göndərdiyi humanitar yardım Ukraynaya ÇATIB FOTO

Cəmiyyət | 14:40 • 9 Noyabr 2023
Azərbaycanın göndərdiyi humanitar yardım Ukraynaya ÇATIB

Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Energetika Nazirliyinin Ukrayna üçün aldığı 7,6 milyon dollar dəyərində elektrik avadanlıqlarının birinci hissəsini daşıyan 14 yük avtomobilindən ibarət karvan bu gün Ukraynaya çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" hesabında paylaşım edib.

“Azərbaycanın Ukraynadakı səfirliyi humanitar yardımı Ukrayna hakimiyyətinə təhvil verib”, - o deyib.

Xəbər lenti

Çox oxunanlar