Xəzər Xəbər

Bakıda bu marşrut xətlərinin hərəkət istiqamətləri DƏYİŞDİRİLƏCƏK

Cəmiyyət | 16:55 • 7 Noyabr 2023
Bakıda bu marşrut xətlərinin hərəkət istiqamətləri

8 Noyabr – Zəfər günü ilə əlaqədar paytaxtda 40 sayda marşrutun hətəkət istiqamətlərində müvəqqəti dəyişiklik ediləcək.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumatda bildirilir ki, Zəfər günü ilə əlaqədar saat 09:00-dan saat 13:00-a qədər Bakı şəhərinin müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 40 sayda (E2, M3, H1, 1, 2, 3, 4, 5, 6, 10, 13, 14, 17, 18, 21, 29, 30, 31, 32, 33, 37, 38, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 83, 88, 88A, 96, 125, 149, 175, 205 və 206 nömrəli) marşrutun hərəkət istiqamətlərində müvəqqəti dəyişiklik ediləcək. (trend)

Xəbər lenti

Çox oxunanlar