Bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hər gün belə sıxlıq yarandıqda bir və ya iki dəfə “Memar Əcəmi”də qatarlar geri qaytarılır: “Bu halda interval “Nəsimi”, “Azadlıq” və “Dərnəgül” stansiyalarında iki dəfə artıq olur. Lakin bu o demək deyil ki, sadalanan stansiyalar istiqamətində sərnişin axını nəzarətdə saxlanılmır”.
Eyni zamanda “Neftçilər” stansiyasında da eyni mənzərəni görmək mümkündür: “Qatarlar “Neftçilər”dən geri qaytarıldıqda “Həzi Aslanov”dək stansiyalarda intervalın artdığını görə bilərik. Qeyd edim ki, bu ən effektiv üsullardan biridir”.(apa-economics)