Xəzər Xəbər

Arvadını öldürən şəxs məhkəmə zalından Psixiatriya Müəssisəsinə MÜALİCƏYƏ GÖNDƏRİLDİ

Cəmiyyət | 16:12 • 2 Noyabr 2023
Arvadını öldürən şəxs məhkəmə zalından Psixiatriya Müəssisəsinə

Bakıda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən İlham Həşimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror Ziya Mansurov çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində təkrar psixoloji ekspertiza keçirilməsini istəyib.

Daha sonra məhkəmə heyəti müşavirəyə gedib.

Müşavirədən sonra məhkəmə qərarı elan olunub.

Qərara əsasən İ.Həşimov ixtisaslaşdırılmış psixiatriya müəssisəsində məcburi stasionar müalicə edilməlidir.

Belə ki, o, cinayət məsuliyyətindən və cəzadan azad olunub.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Xətai rayonunda qeydə alınıb. 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək 1966-cı il təvəllüdlü Rəhimə Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İ.Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. (report)

Xəbər lenti

Çox oxunanlar