Xəzər Xəbər

Nazirdən qaçqın və məcburi köçkün məktəbliləri ilə bağlı AÇIQLAMA

Cəmiyyət | 14:42 • 1 Noyabr 2023
Nazirdən qaçqın və məcburi köçkün məktəbliləri ilə bağlı

Antiterror tədbirlərinin həyata keçirildiyi ərazilərə ən qısa zamanda məktəblərin və əhalimizin qayıdışını görəcəyik, lakin bununla bağlı konkret tarix vermək müvafiq qərargahın qərarından sonra məlum olacaq.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, orada təhlükəsizlik və digər məsələlər təmin olunduqdan sonra bu, mümkün olacaq. O ki qaldı keçmiş qaçqın və məcburi köçkün məktəblərinin aqibətinə, nazir bildirib ki, burada iki variant var.

"Elə məktəblər var ki, sonradan yeni bina tikilib. Məsələn, 1 saylı Şuşa məktəbi tarixi yerinə qayıdırsa, onun Bakıdakı binası müvafiq ərazi üzrə uyğunlaşdırılacaq və həmin məktəb Bakı məktəbi kimi fəaliyyətini davam etdirəcək. Lakin elə məktəblər də var ki, ayrıca binası olmayıb. Binası olmadığı üçün nəyisə ləğv etməyə ehtiyac yoxdur".

Xəbər lenti

Çox oxunanlar