Xəzər Xəbər

“ƏDV geri al” ilə bağlı VACİB AÇIQLAMA

Cəmiyyət | 17:30 • 31 Oktyabr 2023
“ƏDV geri al” ilə bağlı VACİB

Azərbaycanda vətəndaşların “ƏDV geri al” (ƏDV cash-back) mexanizmi üzrə əldə etdiyi gəlirlərin vergidən azad edilməsi qanuniləşir.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir.

O qeyd edib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, "ƏDV geri al" mexanizmi üzrə əldə edilən gəlirlər vergiyə cəlb edilməyəcək.

“Düzdür, 2023-cü və əvvəlki illərdə də bu gəlirlərə vergilər tətbiq olunmurdu, çünki dövlət bu sahədə təşviq siyasəti həyata keçirirdi. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması qanuniləşir və onun hüquqi bazası formalaşdırılır.

Bu da imkan verəcək ki, həmin gəlirlər növbəti ildən etibarən vergidən azad edilməsi Vergi Məcəlləsində öz əksini tapsın”, - deyə o əlavə edib. (trend )

Xəbər lenti