Xəzər Xəbər

ETX: Azərbaycanda “TikTok”un fəaliyyəti bərpa edilib

Cəmiyyət | 14:36 • 31 Oktyabr 2023
ETX: Azərbaycanda “TikTok”un fəaliyyəti bərpa edilib

Bu gündən Azərbaycanda “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Artıq istifadəçilər “TikTok” sosial şəbəkəsindən məhdudiyyətsiz istifadə edə bilirlər.

Xatırladaq ki, “TikTok”un Azərbaycanda fəaliyyəti sentyabrın 19-da məhdudlaşdırılmışdı.

Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə, eləcə də sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə əməl etməyə çağırır.

Xəbər lenti

Çox oxunanlar