Xəzər Xəbər

Azərbaycanda internata göndərilən uşaqların SAYI ARTIB

Cəmiyyət | 12:18 • 27 Oktyabr 2023
Azərbaycanda internata göndərilən uşaqların

“İnternat tipli məktəblərə uşaqların göndərilməsi hallarının artması bizi narahat edir”.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət Komitəsi Aparatının rəhbəri Ceyran Rəhmətullayeva “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda uşaqların internata göndərilməsi məsələsi ilə bağlı preventiv tədbirlər görülür:

“Lakin bütün bunlara baxmayaraq, təəssüf ki, internat tipli ümumtəhsil müəssisələri məktəblərinə göndərilən uşaqların sayı artmağa davam edir. Belə ki, bu say 2021-ci ildə 9 960, 2022-ci ildə isə 10 062 şagird olub”.

Xəbər lenti

Çox oxunanlar