Xəzər Xəbər

Dönərdən zəhərlənənlərin SON VƏZİYYƏTİ AÇIQLANDI

Cəmiyyət | 17:00 • 26 Oktyabr 2023
Dönərdən zəhərlənənlərin SON VƏZİYYƏTİ

Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.

TƏBİB-dən verilən məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.

Bildirilib ki, hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir. (trend)

Xəbər lenti