Xəzər Xəbər

İşsizlərin çoxu qadınlardır

Cəmiyyət | 13:56 • 25 Oktyabr 2023
İşsizlərin çoxu qadınlardır

2022-ci ildə işçi qüvvəsinin (iqtisadi fəal əhali) tərkibində qadınlar 48,3 faiz (2508,7 min nəfər), məşğul əhalinin arasında 47,8 faiz (2344,6 min nəfər) təşkil edib.

Xezerxeber.az xəbər verir ki, bu rəqəmlər oktyabrın 25-də Milli Məclisdə müzakirə edilən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə hesabatında əksini tapıb.

Bildirilib ki, məşğul qadınların 14,8 faizi ali, 14,3 faizi orta ixtisas, 3,6 faizi peşə, 58,8 faizi tam orta, 7,1 faizi ümumi orta, 1,3 faizi ibtidai təhsilli və 0,1 faizi təhsili olmayanlardır.

Muzdla çalışan qadınlar kişilərlə müqayisədə daha çox səhiyyə və sosial xidmətlərin göstərilməsi (77,3 faiz), təhsil (73,0 faiz) və istirahət, əyləncə və incəsənət (61,0 faiz) sahələrində çalışıblar.

2022-ci ildə işsizlərin ümumi sayının 55,9 faizini qadınlar (164,1min nəfər) təşkil edib. Eyni zamanda, ölkə üzrə işsizlik səviyyəsi qadınlar arasında 6,5 faiz, kişilər arasında 4,8 faiz müşahidə edilib.

Xəbər lenti

Çox oxunanlar