Xəzər Xəbər

Meşəli sakini: Ermənilər bibimin üzərinə yandırıcı maddə atmışdılar

Cəmiyyət | 12:31 • 25 Oktyabr 2023
Meşəli sakini: Ermənilər bibimin üzərinə yandırıcı maddə atmışdılar

“Məşəli kəndi işğal olunan zaman 10 yaşım var idi. Mən xatırlayıram ki, ermənilər bizim kəndə hücum edir, azərbaycanlıları öldürür, bizi evlərimizdən didərgin salmağa çalışırdılar. Dekabrın 23-də nənəm və bibim məni yuxudan qaldırdı. Onlar dedilər ki, ermənilər Meşəliyə hücum ediblər”.

Xezerxeber.az xəbər verir ki, bu sözlər 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə keçirilən məhkəmə iclasına gələ bilməyən zərərçəkmiş şəxs Elnarə Mehralıyevanın ifadəsində yer alıb.

O qeyd edib ki, ermənilər evi atəşə tutduğu üçün çıxmaq mümkün deyildi:

“Mən ayağımdan və əlimdən, bibim isə belindən yaralandı. Biz üzərimizə yorğan-döşək tökmüşdük ki, güllədən qorunaq. Ermənilər bibimin üzərinə yandırıcı maddə atmışdılar. Biz oradan çətinliklə uzaqlaşa bildik”.

Xəbər lenti

Çox oxunanlar