Xəzər Xəbər

Hadisə şahidi: Ermənilər dayım oğlunun anasını və qızlarını öldürdülər

Cəmiyyət | 12:39 • 25 Oktyabr 2023
Hadisə şahidi: Ermənilər dayım oğlunun anasını və qızlarını öldürdülər

1991-ci il dekabrın 23-də ermənilər evimizi gülləbaran etməyə başladı. Biz ailə üzvlərimizlə birlikdə döşəmənin altında gizləndik. Üzü maskalı ermənilər evimizə girib bizə xəsarət yetirdilər. Həmin gün Tofiq Hüseynovun dəstəsi bizi ermənilərin əlindən aldı.

Xezerxeber.az xəbər verir ki, bu sözləri 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə keçirilən məhkəmə iclasına gələ bilməyən zərərçəkmiş şəxs qismində ifadə verən Füruzə Mehraliyeva söyləyib.

"Ermənilər dayım oğlunun anasını və qızlarını öldürdülər. Bizim evə hücum edənlərin birinin qulağında sırğa, digərlərinin üzündə maska var idi", - deyə o vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar