Xəzər Xəbər

Nazir: Şəhidlərimizin ailələrinə Prezident təqaüdü təyin edilib

Cəmiyyət | 11:38 • 25 Oktyabr 2023
Nazir: Şəhidlərimizin ailələrinə Prezident təqaüdü təyin edilib

“Lokal antiterror tədbirləri zamanı həyatını itirən şəhidlərimizin ailələrinə Prezident təqaüdü təyin edilib”.

Xezerxeber.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Qarabağ KOB-ları" layihəsinin təqdimat mərasimində deyib.

“Onlar üçün pensiya təyinatı üzrə sənədləşmə işləri aparılır. Təxminən 40 faizdən çoxunun pensiyaları təyin edilib. Həmçinin İcbari tibbi sığorta çərçivəsində ödəmələr təmin edilib. Qısa müddət ərzində bütün ödəmələr tam şəkildə icra olunacaq”,- deyə nazir əlavə edib.

Xəbər lenti