Xəzər Xəbər

Vatsap sabahdan bəzi smartfonlarda işləməyəcək

Cəmiyyət | 14:11 • 23 Oktyabr 2023
Vatsap sabahdan bəzi smartfonlarda işləməyəcək

Ani mesajlaşma sistemi olan “WhatsApp” oktyabrın 24-dən etibarən bəzi smartfonlarda işləməyəcək.

Xezerxeber.az-ın məlumatına görə, “WhatsApp” “Google” mobil əməliyyat sisteminin “Android 5.0” və daha köhnə versiyalarında mövcud olmayacaq.

“Google Nexus 7”, “Sony Xperia Z”, “LG Optimus G Pro’ və “HTC One” kimi bir vaxtların məşhur telefonları artıq “WhatsAp”ı dəstəkləməyəcək. Bundan əlavə, “Samsung”un “Galaxy Note 3” və “Galaxy S4” modelləri də “WhatsApp” dəstəyini itirəcək.

Xəbər lenti

Çox oxunanlar