"Bakı Metropoliteninin" "Həzi Aslanov-Dərnəgül" istiqamətində gecikmə qeydə alınıb.
Metropolitendən Xezerxeber.az-a bildirilib ki, “Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarın qapılarından birinə müdaxilə nəticəsində maşinist kabinəsində müvafiq işarəvermə sistemi işə düşüb. Qapıda hər hansı problem olmadığı müəyyən olunduğu üçün maşinist yoluna davam edib. Lakin yolun növbəti hissəsində təkrarən işarəvermə sistemi işə düşüb. Sərnişinlər düşürülərək qatar ən yaxın yoxlama məntəqəsi kimi elektrik deposuna göndərilib. Onun əvəzinə başqa qatar xəttə verilib və bu səbəbdən iki qatar arasında mövcud intervaldan əlavə 4 dəqiqə fərq yaranıb.