Xəzər Xəbər

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət | 12:17 • 19 Oktyabr 2023
Sabahın hava proqnozu açıqlanıb

Oktyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 16-21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti olacaq.

Rubrikanın digər xəbərləri

Leysan yagacaq
Leysan yagacaq XƏBƏRDARLIQ
14:20 • 17 Noyabr 2024
Sabahın hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
12:44 • 17 Noyabr 2024
Hava şəraiti dəyişəcək
Hava şəraiti dəyişəcək
16:44 • 15 Noyabr 2024
Sabah bəzi yerlərdə duman olacaq
Sabah bəzi yerlərdə duman olacaq PROQNOZ
13:15 • 15 Noyabr 2024
Ölkə ərazisində hava yağmursuz olub
Ölkə ərazisində hava yağmursuz olub Faktiki hava
09:27 • 15 Noyabr 2024
Sabah hava əsasən yağmursuz olacaq
Sabah hava əsasən yağmursuz olacaq
12:51 • 14 Noyabr 2024

Xəbər lenti