Bu gün Naxçıvandan başqa bütün istiqamətlər üzrə uçuşlar gəlirliliyi təmin edir. Bu gün bizim zərərli istiqamətimiz demək olar ki, qalmayıb.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib.
“Naxçıvan istiqamətində uçuşlar üçün dövlətdən subsidiya ayrılır, amma olan zərərin 1/6-ni təşkil etmir”, – deyə nazir müavini vurğulayıb.