“Aviasiya sahəsində qiymət məsələsi əhalini narahat edən məsələlələrdəndir”.
Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov bildirib.
“Deyilir ki, digərləri ilə müqayisədə, xüsusilə də Türkiyə ilə müqayisədə ucuzdur. Amma bu, belə deyil. Mən digər ölkələrin aviairkətləri ilə uçuram, qiymətlər bizdə çox bahadır. Digər tərəfdən, təyyarə biletlerinin qiyməti əhalinin gəlirlərindən yüksəkdir, bunu nəzərə almaq lazımdır. Xidmət haqqına gəldikdə isə bizim xidmətlərimiz də digər aviairkətlərin xidmətlərindən aşağıdır. Hətta deyərdim ki, Türkiyə Hava Yollarından da aşağıdır. Bu məsələlər üzərində işlənilməlidir”, - deyə Vahid Əhmədov vurğulayıb.