2023-cü ilin 9 ayı ərzində baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb.
Qida Təhlükəsizliyi Agentliyindən Xezerxeber.az-a bildirilib ki, bu ilin yanvar-sentyabr ayları ərzində Agentliyə qida zəhərlənmələri ilə bağlı 586 müraciət daxil olub.
Təsdiqini tapmış zəhərlənmə faktlarının sayı 106 olub.
Eyni zamanda, qida zəhərlənməsilə əlaqədar 869 nəfər qeydiyyata alınıb, təsdiq olunmuş qida zəhərlənməsi ilə zərərçəkənlərin sayı 216 nəfər təşkil edib.
Zəhərlənmədən ölən 1 nəfər olub.