Xəzər Xəbər

Anomal hava - iqlim hadisələri artır

Cəmiyyət | 09:15 • 18 Oktyabr 2023
Anomal hava - iqlim hadisələri artır

Azərbaycanda bu ilin yay fəslində temperatur üzrə rekord göstəricilər qeydə alınmasa da, digər hava-iqlim hadisəsi olan lokal leysan yağışları nəticəsində sel-daşqın hadisələri keçən ilin rekordunu 3 dəfə üstələyərək 147-yə çatıb.

Xezerxeber.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bəzən hətta yaxın ərazilərdə belə bir-birinə zidd olan anomal hadisələrin baş verdiyi müşahidə edilir: "Bu ilin misalında ölkədə rekord daşqın hadisələri ilə yanaşı, bir çox çaylarda axının azalması, əsasən Aran ərazilərdə quraqlığın baş verməsinin şahidi olduq. Bu iqlim dəyişmələrinin bəzən gözlənilməz və təzadlı tərəfləridir. Bir sözlə, iqlimin nisbətən “sabit” dövründən 30-40 il keçib. Ümumiyyətlə, iqlimşünaşlıqda müasir dəyişmələri qiymətləndirmək üçün müqayisələr iqlim norması kimi qəbul edilən 1961-1990-cı illər dövrü ilə aparılır".

U.Tağıyeva vurğulayıb ki, anomal hava-iqlim hadisələrinin həm sayının, həm də intensivliyinin artmasını hamı müşahidə edir və iqlim ssenarilərinə görə bu davam edəcək: "Quraqlıq, sel-daşqın, isti hava dalğaları kimi hadisələrə, yəni baş vermiş və gözlənilən iqlim dəyişmələrinə uyğunlaşmaq vacibdir. Monitorinq və elmi araşdırmaların nəticələrinə əsasən Birləşmiş Millətlər Təşkilatının 66 ölkədən 234 alim üzvü olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspert Qrupu (IPCC) bu il Yer kürəsinin iqliminin son dərəcə sürətlə dəyişəcəyi qənaətinə gəlib. Ümumiyyətlə iqlim dəyişmələri həyatımızın bütün sahələrinə təsir göstərir. Bu səbəbdən də iqlim dəyişmələrinin mənfi təsirlərini azaltmalı, müsbət tərəflərindən isə faydalanmalıyıq".

Rubrikanın digər xəbərləri

Leysan yagacaq
Leysan yagacaq XƏBƏRDARLIQ
14:20 • 17 Noyabr 2024
Sabahın hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
12:44 • 17 Noyabr 2024
Hava şəraiti dəyişəcək
Hava şəraiti dəyişəcək
16:44 • 15 Noyabr 2024
Sabah bəzi yerlərdə duman olacaq
Sabah bəzi yerlərdə duman olacaq PROQNOZ
13:15 • 15 Noyabr 2024
Ölkə ərazisində hava yağmursuz olub
Ölkə ərazisində hava yağmursuz olub Faktiki hava
09:27 • 15 Noyabr 2024
Sabah hava əsasən yağmursuz olacaq
Sabah hava əsasən yağmursuz olacaq
12:51 • 14 Noyabr 2024

Xəbər lenti

Çox oxunanlar