2023-cü ilin sonu, 2024-cü ilin I rübünə qədər Füzulinin ilk yaşayış məhəlləsində 849 ailə məskunlaşdırılacaq.
Xezerxeber.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
Füzuli Şəhəri Günü münasibətilə füzuliləri təbrik edən E.Hüseynov bu cür bayram tədbirlərinin ildən-ilə daha da möhtəşəm keçiriləcəyini vurğulayıb.